Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 barmağı olan gənc hərbi xidmətə yararlı hesab edilib? - Rəsmi açıqlama - Foto 

Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib...

Poliqon xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O qeyd edib ki, F. Abbasquliyev daha əvvəl bir neçə dəfə hərbi komissiyadan keçsə də, yararsız kimi xidmətə göndərilməyib.

Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinəsindən sonra onun yararlı olduğu müəyyənləşib:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi vətəndaşı yoxlanış üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərib. Orada vətəndaşın hərbi xidmətə yararsız olması barədə rəy verilib. Xidmət bu rəyə əsasən onu yararsız kimi orduya göndərməyib. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən vətəndaşı müayinə edib və bu müayinədən sonra onun 3 barmağı olub 5 barmaq. Həmin rəyə əsasən, onu avtobusa əyləşdirib hərbi xidmətə yola salıblar".

Məsələ ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov "qafqazinfo.az"a açıqlamasında bildirib ki, vətəndaşın sağlamlıq vəziyyəti hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır.

"Sosial şəbəkələrdə 2001-ci il təvəllüdlü Füzuli rayon sakini Fəzail Amil oğlu Abbasquliyevin guya hərbi xidmətə yararsız olduğu halda yararlı hesab edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Belə ki, adıçəkilən vətəndaş 1 dekabr 2025-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib.

Aparılmış tibbi müayinənin nəticələrinə əsasən, vətəndaşın mövcud sağlamlıq vəziyyəti və müəyyən edilmiş diaqnozu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır.

Bir daha qeyd edirik ki, vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsi yalnız mövcud qanunvericilik və tibbi göstəricilər əsasında müəyyən edilir", - qurum rəsmisi qeyd edib.

T.Qurbanov həmçinin əlavə edib ki, vətəndaş qəbul edilmiş qərardan narazı olduğu halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir. (Qafqazinfo)

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay